Sudanın Baş nazirini öldürmək istədilər

Sudanın Baş naziri Abdullah Xamduka qarşı paytaxt Xartumda sui-qəsd törədilib.

Milletinsesi.az xəbər verir ki, bomba ilə yüklü olan avtomobil Baş nazirin konvoyunun Kuber körpüsündən keçdiyi zaman partladılıb.

Məlumata görə, A.Xamduk hadisədən heç bir xəsarət almadan xilas ola bilib. Daha sonra dövlət rəsmisi təhlükəsiz yerə aparılıb.

Hadisə ilə bağlı açıqlama verən Baş nazir yaxşı olduğunu bildirib.

“Nə olursa-olsun, ölkədəki dəyişiklik prosesini dayandıra bilməyəcəklər”. – Baş nazir deyib.

 

Share: