Pakistanda avtobusun İnd çayına düşməsi 20 nəfərin həyatına son qoyub, dörd nəfər yaralanıb. Ölənlərin ikisinin uşaq olduğu bildirilir.
Ravalpindi şəhərindən Skardu dağlıq şəhərinə gedən avtobusun sürücüsü idarəetməni itirib və qəza baş verib. Bildirilir ki, ölənlərdən doqquzunun nəşi çaydan çıxarılıb, digərlərinin axtarışı davam edir.
Hadisənin başvermə səbəbləri araşdırılır.