Şimali Atlantika Şurası Türkiyədə toplanır

Şimali Atlantika Şurası Türkiyədə toplanır

NATO-nun Şimali Atlantika Şurası 6-7 may tarixlərində Aralıq dənizi dialoqunun 25-ci ildönümü münasibətilə Baş katib Yens Stoltenberqin rəhbərliyi ilə Türkiyədə toplanacaq.

Milletinsesi.az xəbər verir ki, bu barədə NATO-dan açıqlama verilib.

Məlumata görə, toplantıda NATO-nun Aralıq dənizi dialoqu çərçivəsindəki ortaqları da iştirak edəcək.

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyədə həmçinin bir sıra yüksəkçinli rəsmilərlə ikitərəfli görüşlər keçirəcək.

Share: