Putin Nazarbayevlə görüşə gedir

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın Təhlükəsizlik Şurasının sədri, Elbaşı Nursultan Nazarbayevlə görüşəcək.

Milletinsesi.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, görüşün bu gün baş tutacağını bildirib:

“Bu gün prezidentin fərqli görüşləri, iclasları var. O, Nijeqorod vilayətinin qubernatoru Nikitinlə görüşəcək. Gecə həmçinin o, Qazaxıstanın eks-prezidenti Nazarbayevin qonağı olacaq”.

 

Share: