Çin prezidenti koronavirusun mərkəzinə getdi

Çin Mərkəzi Televiziyasının verdiyi məlumata görə, Çin prezidenti Si Tszinpin çərşənbə axşamı səhər yerli hökumətin koronavirus epidemiyası ilə mübarizə səylərini yoxlamaq üçün Uhana səfər edib. Bu barədə RİA Novosti xəbər verir.

Çin liderinin tibb işçiləri, hərbi heyət, sosial işçilər, ictimai təhlükəsizlik əməkdaşları, könüllülər, xəstələr və yerli sakinlərlə görüşəcək.

Əvvəlcə Si Tszinpi koronavirus xəstələrini müalicə etmək üçün xüsusi qurulan “Hoşenşan” Xəstəxanasına gedib. Prezidentə xəstəxananın rekord müddətdə necə qurulması, xəstəxananın necə işlədiyi, xəstələrin qəbulu və müalicəsi, tibb işçilərinin qorunması üçün burada hansı tədbirlərin görülməsi barədə məlumat verilib.

Si Tszinpi xəstələri ziyarət edib və həkimlərlə danışıb. O, hər kəsi özünə inam yaratmağa və epidemiyanı məğlub etməyə çağırıb.

Son statistikaya görə, Uhan şəhəri Çində son 24 saat ərzində koronavirus infeksiyasının yeni hallarının aşkarlandığı yeganə yer olaraq qalır, ölkədə qalan hissəsində yoluxma qeydə alınmayıb.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin mərkəzi hissəsindəki Uhan şəhərində (Hubey əyaləti) naməlum sətəlcəm xəstəliyi haqqında məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni bir koronavirus olduğunu müəyyənləşdiriblər. ÜST xəstəliyin beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb və xəstəliyə rəsmi ad verib – COVID-19.

Çində artıq 3136 nəfər xəstəliyin qurbanı olub, təxminən 60 min insan sağalıb.

Share: