Boş təyyarələrlə uçuruq – İngilis hava nəqliyyatı boş qalıb

Koronavirusun yeni növünün yayılması İngiltərənin hava nəqliyyatına zərbə vurub.

Hava yolları şirkətləri əsas hava limanlarında qrafik üzrə qalxma-enmə vaxtlarını itirməmək üçün demək olar ki, boş təyyarələrlə reyslərini davam etdirir.

“Virgin Atlantic” şirkətinin baş icraçı direktoru Şai Vayss “BBS”-yə açıqlamasında koronavirusun yeni növünün tələbatda “heyrətamiz eniş”-ə səbəb olduğunu deyib:”Bəzən demək olar ki, boş təyyarələrlə uçmaq məcburiyyətində qalırıq”.

Share: