Taksi xəritələrində Azərbaycan ərazilərini kim ermənicə yazdırır?

Tarix boyu ermənilərin təxribatları ilə daim üz-üzə qalmışıq. İstər daxildən, istərsə də xaricdən bütün vasitələrədən istifadə edən xain qonşularımız mədəniyyətimizə, musiqimizə, sözlərimizə, torpaqlarımıza göz dikərək  daim onları öz adlarına yamamağa çalışıblar. Çox təəssüf ki, onlar yanımızda və içimizdə də  bizim adlar altında gizlənərək  iyrənc əməllərini bu gün də həyata keçirirlər.

Milletinsesi.az xəbər  verir ki, növbəti erməni təxribatları  “Google”də tərtib olunan xəritədə  Azərbaycan ərazilərini  erməni ərazisi kimi göstərib, onların adlarının ermənicə yazmalarıdır. Xəritədə ermənilər və onların havadarlarının köməyi ilə işğal olunmuş Azərbaycan əraziləri ermənicə yazılıb. Bu azmış kimi həmin xəritələr Azərbaycanda fəaliyyət göstərən taksilərdə istifadə edilir.

 

Təəssüflər olsun ki, aidiyyatı qurumlar da buna göz yumurlar.

Qeyd edək ki, həmin xəritələr   taxsi xidməti göstərən “*8555” şirkətinin  abunəçiləri olan avtomobillərdə quraşdırılıb.

Həmin şirkətlə mövzu ilə əlaqədar əlaqə saxladıq: Bildirdilər ki, sizə bu haqda məsələ araşdırılandan sonra məlumat veriləcək.

 

Share: