Koronavirusla əlaqədar Türkiyədə də təhsilə fasilə verilə bilər

Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk ölkədə ilk koronavirusa (COVİD-19) yoluxma hadisəsi ilə əlaqədar bütün təhsil müəssisələrində təhsilə fasilə verilib-verilməyəcəyi ilə bağlı ortaq açıqlama olacağını bildirib.

Türkiyənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi şuranın koronavirusla bağlı bugünkü iclasında Səhiyyə naziri Fahrettin Koca, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy və Ticarət naziri Ruhsar Pekcanla yanaşı, Milli Təhsil naziri Ziya Selçukun da iştirakı gözlənilir.

İclasdan sonra mediaya açıqlama veriləcək.

Qeyd edək ki, İstanbulun iki özəl universitetində artıq tətil elan olunub. Bu universitetlərdən birində təhsil müvəqqəti olaraq onlayn sistemlə aparılacaq.

Share: