Ronaldodan 100-cü qol

Ronaldodan 100-cü qol

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo üçün A seriyasnın 35-ci turunda “Torino” ilə matç (1:1) əlamətdar olub.

Qol.az-ın məlumatına görə, bu oyunda fərqlənən portuqaliyalı hücumçu klub karyerası ərzində başla vurduğu qolların sayını 100-ə çatdırıb.

Qeyd edək ki, Ronaldo bu mövsüm 41 matçda 28 qol vurub, 13 qolun ötürməsini verib.

Share: