Nazir vəzifədən azad etdiyi rəisə yeni vəzifə verdi – Əmr

DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin sabiq rəisi, polkovnik-leytenant Surxay Cəfərova yeni vəzifə verilib.

Milletinsesi.az xəbər verir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən Surxay Cəfərov Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsinə rəis vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bu gün Daxili İşlər naziri Vilayət Eyvazov Surxay Cəfərovun DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi vəzifəsindən azad edilməsi barədə əmr imzalamışdı.

 

Share: