Gürcüstan hökuməti koronavirus infeksiyası COVID-19-un yayılmasının qarşısını almaq üçün fövqəladə iş rejiminə keçir.
Bunu Gürcüstanın Baş naziri Georgi Qaxariya açıqlayıb.
“Bütün hakimiyyət orqanları 24 saatlıq fövqəladə iş rejiminə keçir. Bu, xüsusilə Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, əlbəttə ki, Xarici İşlər Nazirliyi və onun müvafiq idarələr, Maliyyə Nazirliyinə aiddir”, – deyə Baş nazir Nazirlər Kabinetinin iclasında bildirib.
Martın 9-da Gürcüstanda koronavirusa yoluxanların sayının 15-ə çatdığı açıqlanıb.
Tanınmamış Abxaziya hökuməti martın 14-dən Abxaziya-Gürcüstan sərhəd-buraxılış məntəqələrini bağlamağa qərar verib.
Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-ı pandemiya kimi tanıyıb./teleqraf