Azərbaycan-İran sərhədinin bağlanma müddəti uzadıldı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilən İran ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılıb.

Bu barədə Milletinsesi.az-a Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan bildirilib.

 

Share: