Qazaxıstanda koronavirusa üçüncü yoluxma halı qeydə alınıb

Qazaxıstanda koronavirus infeksiyasına yoluxan sayca üçüncü hal qeydə alınıb. Diaqnoz martın 12-də Milandan Nur-Sultana gələn bir qızda təsdiqlənib.

Koronavirusa yoluxmuş üçüncü Qazaxıstan vətəndaşı ilə təyyarədə gələn 37 sərnişin karantinə yerləşdiriləcək.

Bundan başqa Almaniyada olan Qazaxıstan vətəndaşında da koronavirus aşkarlanıb. Məlumatı Xarici İşlər Nazirliyi təsdiqləyib.

Xatırladaq ki, bu gün koronavirus diaqnozu qoyulan iki qazaxıstanlı Almatıdakı yoluxucu xəstəliklər xəstəxanasına yerləşdiriliblər. Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanlar 1984-cü il təvəllüdlü qadın və 1974-cü il təvəllüdlü kişi martın 9 və 12-də Almaniyadan Almatıya gəliblər.

Share: