Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların magistratura xərclərinin dövlətin öz üzərinə götürməsi təklif edilir.
Milletinsesi.az Report-a istinadla xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik olunacaq.
Qanunun 14-cü maddəsinə (Təhsil müəssisələri) təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.