Şəkidə ağır qəza: Ölən var

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Rayonunun Biləcik kəndi ərazisində Mingəçevir şəhər sakini Y.Quliyev idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən rayon sakini Elçin Rəcəbovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./teleqraf

Share: