Qlobal istiləşmənin yaradacağı hava şəraiti dünyada 1,2 milyard insana təsir edəcək.
Bu barədə ABŞ-ın Ratqersk Universitetinin mütəxəssisləri məlumat verib. Mütəxəssis rəyinə görə, isti hava şəraiti və havaya atılan istixana qazları 1,2 milyard insanın həyatına təsir göstərəcək.
Phys.org-un yazdığına görə, qlobal temperaturun 1,5 dərəcə artması hazırda 500 milyon insanın yaşadığı əraziləri əhatə edir. Əgər temperatur 2 dərəcə artarsa, bu zaman 800 milyon insan bundan zərər görəcək. Qlobal istiləşmə temperaturu 3 dərəcə artırdığı təqdirdə təsiri 1,2 milyard nəfər hiss edəcək.
Mütəxəssis araşdırmasına görə, temperaturun 3 dərəcə artması artıq 2100-cü ildə müşahidə olunacaq. 19-cu əsrdən bəri temperatur artıq 1,2 dərəcə artıb.