Qax rayonunda piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib.
Milletinsesi.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 14-də saat 7 radələrində Qax şəhəri ərazisində Baydarlı kənd sakini X.Bayramov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən şəhər sakini Arif Abdullayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Bundan başqa martın 14-də saat 20 radələrində Qax rayonunun Qax İngiloy kənd sakini A.Paplaşvili idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Əmbərçay kənd sakini Fikrət Əhmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər 2 faktla bağlı araşdırma aparılır.