Qərb dünyası koronavirusun yayılması ilə əlaqədar çətinliklərə hazır deyildi.
Milletinsesi.az verir ki, bu sözləri Türkiyə Prezidenti Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, dünya siyasi və iqtisadi sahədə ciddi dəyişikliklər ərəfəsindədir.
“Qərb epidemiya qurbanlarını taleyin ixtiyarına buraxdı, onların prinsipi budur: “Kim bacarırsa, o sağ qalsın”. Onlar bütün əsas dövlət xidmətlərini özəl sahibkarlara təhvil verdilər. İndi də avropalılar onları milliləşdirməyə başlayıblar”, – RİA Novosti prezidentin sözlərindən sitat gətirib.
Ərdoğan əvvəllər baş vermiş böyük epidemiyaların da ciddi siyasi və iqtisadi dəyişikliklərə səbəb olduğunu xatırladıb.
Qaynar info