Lənkəran rayonunda sahildə kişi meyiti aşkarlanılıb.
Belə ki, martın 18-də “Xəzər Balıq” MMC-yə məxsus “Mirməhəmməd” adlı gəminin matrosu işləmiş, rayon sakini, 1960-cı il təvəllüdlü Həsən Həsənovun meyiti şirkətin direktor müavini Azər Əskərov tərəfindən sahilin yaxınlığında tapılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(Report)