Uşağını görə bilməyəcək

Türkiyəli aktrisa Qamze Özçelik keçmiş həyat yoldaşı Uğur Pektaşa övladları Muratxanı görməyi məhkəmə qərarı ilə qadağan edib.

Axşam.az xəbər verir ki, aktrisanın hansı səbəbdən bu qərarı alması isə hələ ki, bəlli deyil.

“Survivor” yarışmasında ayağından zədə aldığı üçün uzaqlaşdırılan aktyor xəbəri Türkiyəyə qayıtdıqda alıb.

Qeyd edək ki, Q.Özçelik ilə U.Pektaş 2008-ci ildə ailə həyatı qurmuşdu. İki il sonra övladları dünyaya gələn cütlük 2011-ci ildə boşanıb.

Share: