Lənkəranda yük avtomobili təbii qaz xəttinin üzərinə aşıb

Lənkəranda yük avtomobili təbii qaz xəttinin üzərinə aşıb.

“Azəriqaz” İstehsalat Birliyindən Milletinsesi.az-a bildirilib ki, Lənkəran rayonunun Velədi kəndində idarəetmədən çıxan yük avtomobili qaz xəttinin üzərinə aşıb. Nəticədə 25 abonenti qazla təmin edən 57 millimetr diametrində olan yerüstü aşağı təzyiqli qaz kəməri yararsız hala düşüb. Fəsadlar aradan qaldırılır.

Share: