Türkiyə Superliqasında oyunlar dayandırıldı

Futbol üzrə Türkiyə liqalarının oyunları dayandırılıb.

Report xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin (TFF) iclasında qərar qəbul olunub.

İddiaya görə, Superliqa da daxil olmaqla, ölkə çempionatlarında bir ay müddətinə bütün matçlar təxirə salınıb. Rəsmi açıqlamanı TFF prezidenti Nihad Özdəmir və Gənclik və İdman naziri Mehmed Məhərrəm Qəssaboğlunun verəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Türkiyədə futbol matçlarının azarkeşsiz keçirilməsinə qərar verilmişdi.

 

Share: