“Formula-1” üzrə daha 3 Qran-pri koronavirus epidemiyasına görə baş tutmayacaq.
Milletinsesi.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Bununla da təxirə salınan mərhələlərin sayı 7-yə çatıb. Daha əvvəl Avstraliya, Bəhreyn, Vyetnam və Çin mərhələləri də rəsmən təxirə salınmışdı.
Niderlandda keçiriləcəyi nəzərdə tutulan yarış mayın 1-3-də, İspaniyadakı 8-10-da, Monakodakı isə ayın 21-24-də təşkil olunmalı idi.
Azərbaycan Qran-prisi 5-7 iyunda keçirilməlidir.