Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 6130 nəfər və ya 0,1 faiz artaraq fevralın 1-i vəziyyətinə 10 milyon 73 min 238 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Milletinsesi.az-a bildirilib ki, əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib. Hazırda hər 1000 kişiyə 1002 qadın düşür