Mərakeş hakimiyyəti yeni növ koronavirusun ölkə ərazisində yayılması ilə əlaqədar dünən saat 18:00-dan başlayaraq fövqəladə sanitar vəziyyət tətbiq edir.
Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Krallığın DİN-i yaydığı kommünikedə bildirib.
Qərarı əhalinin evlərində məcburi qalması rejimini və ictimai yerlərdə hərəkətin məhdud edilməsini müəyyən edir. Görülən tədbirlər “koronavirusun nəzarət altında saxlamaq üçün yeganə qaçılmaz yoldur”, – məlumatda vurğulanır.