ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib.
Milletinsesi.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin “Facebook” hesabında səfirin təbriki ilə bağlı videomüraciət yayılıb.
Səfir bildirib ki, bu gün Azərbaycan ən əziz bayramlarından biri olan Novruz bayramını qeyd edir: “Çox güman ki, azərbaycanlılar üçün köhnə ilin sonu və yeni ilin başlanğıcını simvolizə edən Novruzdan vacib heç bir bayram yoxdur. Novruz günlərində Azərbaycan xalqı qarşıdan gələn baharı gözəl qədim ənənələri ilə salamlayır.
Bu il bir çox azərbaycanlılar koronavirusun yayılmasının qarşısını almaq üçün Novruzu fərqli qeyd edəcəklər. Qlobal vətəndaşlar olaraq hamımzın sağlam qalması üçün əlimizdən gələni etməliyik.
Asqıranda və öskürəndə ağzınızı qolun dirsək hissəsi ilə tutmalı, əllərimizi tez-tez yumalı və əgər xəstələnmişiksə, evdə qalmalıyıq. Ümid edək ki, bu Novruz hamıya barış, firavanlıq və xüsusilə cansağlığı gətirəcək.
Novruz bayramınız mübarək!”.