Koronavirusa yoluxanların sayı 210 mini ötdü

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 210 min nəfərdən artıqdır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, dünyada 9 mindən çox insan virusun qurbanı olub.

“COVID-19 hər gün yeni faciəli göstəriciyə çatır. Ümumdünya Səhiyyə Təşkilatına 210 mindən çox insanın xəstələnməsi barədə bildirdilər və 9 mindən çox insan koronavirusdan öldü”, – o deyib./teleqraf

Share: