Bakıda keçirilməli olan aerobika üzrə dünya çempionatı təxirə salınıb.
Milletinsesi.az-ın Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, sayca 16-cı mundial 14 – 16 mayda təşkil olunmayacaq. Eyni zamanda yaş qrupları üzrə dünya turniri də 8 – 10 mayda baş tutmayacaq. Səbəb kimi koronavirus pandemiyasının belə tədbirləri daha yaxşı şəraitdə keçirməyə böyük maneçiliklər yaratması göstərilib.
O da bildirilir ki, hazırda FIG Azərbaycan Gimnastika Federasiyası ilə bu yarışların təşkilinin yenidən planlaşdırılması üçün uyğun variant axtarır.