Paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə ötən gün rayonun İ.İsmayılov küçəsi 7 ünvanında qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü E.Mirsəlimov sözügedən ünvanın yaxınlığındanaməlum şəxs tərəfindən bıçaqlanıb.
E.Mirsəlimov qarın boşluğuna daxilə nüfuz edən bıçaq yarası ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.