Azərbaycandan Qazaxıstana qayıdanların sayı açıqlandı

Martın 18-dən 22-dək olan müddətdə Azərbaycandan Qazaxıstana 51 nəfər qaytarılıb.

Bunu Milletinsesi.az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Qeyd olunub ki, Qazaxıstan vətəndaşları səfirliyin və Azərbaycanın dövlət strukturlarının köməyi ilə qayıdıblar:

“19-22 mart tarixlərində Bakı limanından Aktauya 41 nəfər bərə ilə çatdırılıb. Daha 10 Qazaxıstan vətəndaşı Bakıdan Moskva vasitəsilə aviareyslə Nur-Sultan, Almatı və Atırau şəhərlərinə qayıdıb. Bundan başqa, martın 23-də Bakıdan Aktau limanına bərə ilə 13 Qazaxıstan vətəndaşı yola salınıb”.

 

Share: