“Fənərbaxça”nın koronavirusa yoluxan futbolçusunun adı bilindi

“Fənərbaxça”nın koronavirus testi müsbət çıxan futbolçusunun adı məlum olub.

Qol.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri məlumat yayıb. Maks Kruzenin koronavirusa yoluxduğu bildirilib. Alman yarımmüdafiəçinin müalicə üçün xəstəxanaya yerləşdirildiyi bildirilib.

Xatırladaq ki, ötən gün klub rəsmi şəkildə bir futbolçusunun koronavirusa yoluxduğunu bildirsə də, ad açıqlanmamışdı.

Share: