Türkiyədə koronavirus epidemiyasının yayılması ilə əlaqədar məhbusların amnistiyası məsələsi müzakirə olunur.
Trend-in məlumatına görə, bu məsələnin Prezident Rəcəb Tayyib Ərdoğanın gündəliyində olduğu deyilir.
Amnistiya 100 minədək məhbusa şamil edilə bilər.
Qeyd edək ki, Türkiyədə bu günədək 2 433 nəfər koronavirusa yoluxub, onlarda 59 nəfəri həyatını itirib.