İranda güclü zəlzələ oldu

İranın Kirman vilayətinin Faryab rayonunda 5,4 bal gücündə zəlzələ olub.

Milletinsesi.az xəbər verir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 11:10-da, 14 km dərinlikdə qeyd alınıb.

Qeyd edək ki, dağıntı və tələfat barədə məlumat verilməyib.

 

Share: