İranda koronavirusdan ölәnlәrin sayı 2 378 nәfәrə çatıb

İranda yeni koronavirus (COVID19) nәticәsindә indiyәdәk 2 378 nәfәr ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Bu barәdә Trend nazirliyә istinadәn mәlumat verib.

K.Cahanpurun sözlərinə görə, ötәn 24 saat әrzindә İranda bu virusdan 144 nәfәr ölüb.

Cahanpur әlavә edib ki, ötәn sutkada 2 926 nәfәrin koronavirusa yoluxması tәsdiqlәnib.

Belәliklә İranda koronavirus daşıyıclarının sayı 32 332 nәfәrә yüksәlib vә 2 893 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi 11 133 nәfәrin müalicә olunaraq sağaldığını deyib.

Share: