İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina bəyan edib ki, A seriyası bərpa olunmasa belə, çempion müəyyənləşdiriləcək.
Qol.az-ın xəbərinə görə, o, hazırda FİFA və UEFA ilə məsləhətləşmələrin davam etdirildiyini söyləyib:
“Çempionatı 30 iyuna qədər bitirmək istəyirik. Amma ondan sonrakı dövrə də hazırıq. Ən pis halda çempionatı yarımçıq dayandıracağıq. Amma nəticələr ləğv edilməyəcək. Çempion, avrokuboklara gedəcək və liqanı tərk edəcək komandalar mütləq müəyyən ediləcək”.