Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Milletinsesi.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Savalanov Nicat Vilayət oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 1,250 qram psixotrop maddə “metamfetamin” və 0,047 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Talıbov Elnur Qaçay oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 2,457 qram psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.