“Xüsusilə kardioloji, böyrək problemləri olan insanlar diqqətli olsunlar”.
Bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə Siyasəti və İslahatlar Şöbəsinin müdir müavini Nabil Seyidov deyib.
O bildirib ki, koronavirus xüsusilə orqanizmdə müəyyən xəstəlikləri olan insanlar üçün təhlükəlidir:
“Bütün ixtisaslar üzrə həkimlərimiz, tibb müəssisələrimiz hazırlıqlı olmalıdırlar. Bildiyiniz kimi, koronavirus xüsusilə paralel xəstəlikləri olan insanlara qarşı amansız olur. Kardioloji, böyrək problemləri olan insanlar öz sağlamlıqlarını maksimum dərəcədə qorumalıdırlar”./Oxu.az