Çexiyada evi tərk etməklə bağlı qadağa daha bir həftə uzadılacaq

Çexiya höküməti martın 30-u keçiriləcək iclasında zərurət olmadıqca evi tərk etməməklə bağlı qadağanın aprelin səkkizinədək uzadılmasını müzakirə edəcək.

“RİA Novosti” xəbər verir ki, martın 15-i Çexiyada vətəndaşlarınölkədə hərəkətinə məhdudiyyət qoyulmuşdu.

İnsanlar yazlnız iş, dərman və ərzaq alışı üçün evdən çıxa bilərlər.

Bundan əlavə, vətəndaşlar evlərini yalnız müvafiq tibbi maska taxaraq tərk edə bilərlər.

Qeyd etmək lazımdır ki, 24 martadək nəzərdə tutulan bu qadağa aprelin birinədək uzadılmışdı./oxu.az

Share: