“İtaliya çempionatı bərpa olunmayacaq” – Totti

“Roma”nın sabiq futbolçusu Françesko Totti koronavirus səbəbindən təxirə salınan İtaliya çempionatı ilə bağlı danışıb.

Qol.az xəbər verir ki, o, “Football İtalia”ya açıqlamasında liqaların bərpa olunmayacağını deyib:

“Düşünürəm ki, çempionat bərpa olunmayacaq. Əks təqdirdə, bir qarışıqlıq olacaq. Həm FİFA, həm də İtaliya Futbol Federasiyasına hər şeyi nizama salmaq üçün vaxt lazımdır”.

Share: