BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , May 27 2020
Son xəbərlər
Ana səhifə / Xəbər xətti / 13 NÖMRƏLİ DEKRET ƏSASINDA TÖRƏDİLƏN SOYQIRIM

13 NÖMRƏLİ DEKRET ƏSASINDA TÖRƏDİLƏN SOYQIRIM


Qədim Şərq ədəbiyyatının incilərindən olan “Qabusnamə”də türkün kimliyini incələməyə çalışan müəllif belə vurğulayır: ”Türkün nəyi gözəldirsə – o . ən gözəldir: türkün nəyi pisdirsə – o, ən pisdir”. Çox lakonik şəkildə təqdim olunan bu qənaət də türkün özü tərəfindən deyil, başqalarının dilindən səslənir. Bütün zamanlarda belə olub – qədim türkün tarixi hər zaman başqaları tərəfindən yazılıb. Heç şübhəsiz ki, başqaları tərəfindən yazılan tarixlərdə bunu yazanların maraqları ön cərgədə dayanıb. Görünən dağı danmaq mümkün olmadığı kimi türkün bəşər tarixinə təqdim etdiyi özəlliklərin, gözəlliklərin də üstündən xətt çəkmək mümkün olmayıb. Türklər hər zaman tarixi yaradan millət olublar, təəssüf ki, yaratdıqları tarix haqqında bir şey yazmayıblar. Yaratdıqları tarixi yazmamaq sonradan tarixi saxtalaşdıran nasixlərin əlində bir tutalğaca çevrilib, tarixi düzüb qoşduqları yalan burulğanlarında it-bata salıblar. Ancaq bu baxımdan “Qabusnamə” müəllifinə də bir təşəkkür düşür ki, türkün kimliyini “başqaları” olan özlərinin dilində dünyaya təqdim edib.

Əsərdə ermənilərin də iç üzü böyük bir məharətlə açılır: “Ermənilər bədfel, kündəbədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, vəfasız, riyakar, söyüş söyən, ürəyi xıltlı, ağasına düşmən kəsilməklə mənfiliyə meyilli olanlardır. Ancaq işlərini bilən və zəhmətsevəndirlər”…

Türklərin və ermənilərin xarakterik xüsusiyyətlərini səlist bir şəkildə oxucuya çatdıran bu seçmələr  “Qabusnamə”nin Azərbaycan türkcəsindəki BİRİNCİ NƏŞRİndən gətirilən sitatlardır. Sonrakı nəşrlərdəsə bunun şahidi olmuruq. İçimizdə olan və başa çıxardığımız “rus uşaqları”nın sayəsində əsərin TƏKRAR NƏŞRLƏRİNDƏ ermənilər haqqında deyilən SÖZLƏR ÇIXARILIB. Məhz belələrinin ucbatından rus-fars-erməni triosu, eləcə də onlara dəstək verən qüvvələrin zaman-zaman türklərə qarşı vurduqları zərbə unudulub. Daha doğrusu, unutdurulub. UNUTQANLIQ TÜRKÜN ƏN BÖYÜK DÜŞMƏNİ OLUB…

Ancaq türklərdən fərqli olaraq ermənilər olmayan şeylərdən özlərinə tarix formalaşdırıb və bunu özlərinə məxsus “sübut-dəlillər”lə dünyaya təqdim ediblər, elə indinin özündə də təqdim etməkdədilər. Ermənistanın Şirak muzeyində sərgilənən qorxunc erməni kəllələrinin təsviri də bu qəbildəndir. Öz uşaqlarına bu kəllələri göstərən ermənilər soydaşlarının türklər tərəfindən qətlə yetirildiklərini hələ cocuqkən onların beyninə yeridir və balacaların düşüncələrində türklərə qarşı baş qaldıracaq nifrət toxumunu səpirlər. Konkret həyat hadisələrindən uzaq olan erməni abstraktsionistlərinin ərsəyə gətirdikləri bu “sənət əsəri” qarşısında Ermənistana doğru yol alan bütün ciyasi və ictimai xadimlər də hansısa protokol çərçivəsində “yazıq millət” qarşısında baş əydirilir. Ermənilər türkə olan nifrəti uşaqlarına hələ beşikdə öyrədəndə bizlər də millətimizin cəlladı qismində real tarixdə iz qoyan Stepan Şaumyanın büstü önündə baş əyib, and içirdik. O da ötən əsrin 70-ci illərinədək uzaq olmayan Hindistandan bizlərə baxıb məhlə uşaqları demişkən, “kayf alırdı”. Hətta təzə evlənənlərimiz də daşlaşmış Şaumyanın soyuq, donuq və istehzalı baxışları altında  pomantik anlar yaşayırdılar…

Bizə edilən zülmü, söylənilən yalanları, atılan iftiraları tez unuduruq. Keçmiş zamanlar qalsın bir yana, indinin özündə belə 1988-ci ildən üzü bu yana ruslar və ermənilər tərəfindən başımıza gətirilən min cür oyunları belə unutmadayıq. Hansısa “Qafqaz evi” içində dostcasına mehriban yaşamanın mümkünlüyünün peşindəyik. Ermənilərsə on yeddinci əsrdən qalma baba vəsiyyətinin gerşəkləşdirilməsi amacıyla bütün mümkün vasitələrdən yararlanmaqdadırlar…

“Dənizdən-dənizə Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək erməni millətçiləri üçün hər zaman öndə olan məsələ olub. Bununla bağlı erməni millətçiləri işərisində ilk “kəşfiyyat”a çıxan və beyinlərində qurduqları uzaqmənzilli ideyanın həyata keçirilməsini təmin edəcək BİRİNCİ MƏRHƏLƏyə qədəm qoyan İSRAİL ORİ olub. Qərbi Azərbaycan torpaqlarında erməni vilayətlərinin yaradılması ilə bağlı katalikos İsrail Ori dəstək almaq üçün bir çox ölkələrə dolu zənbillərlə səfərlər edib. 20 il ərzində İctanbul-İtaliya-Fransa-Almaniya-Avstriya-Sürix-Moskva-İran marşrutu üzrə sülənən Orinin birinci təklifi Papaya olub. Erməni kilsəsinin Roma katolik kilsəsinə birləşdirilməsi qarşılığında  o, erməni dövlətinin yaradılması üçün patriarxdan dəstək istəyirdi. Fransa və Roma kilsəsi başda olmaqla Qərbdə lazımi dəstəyi ala bilməyən Ori üzünü Rusiyaya tutur, 1699-cu ildə rus çarı 1 Pyotra müraciət edir. Onun rus çarına TƏKLİFİ belə olur: “Quzey və Güney Qafqazı, eləcə də İranı əsarət altına alaraq isti dənizlərə çıxış əldə etmək, İran və Türkiyədən erməniləri Qafqaza köçürüb Rusiyaya dayaq olacaq erməni dövləti yaratmaq”.

O zaman başlanan Şimal müharibəsi İsrail Orinin təklifini arxa plana keçirdi. Nəhayət, 1724-cü ildə 1 Pyotr ölümünə yaxın erməniləri himayəyə götürməklə bağlı fərman imzalayır.

1707-ci ildə İrana səfər edən Ori farsların da dəstəyini almağa müvəffəq olur. Və rus-fars-erməni üçlüyünün birgə səyləri nəticəsində Azərbaycan türkünün deportasiyasına, soyqırıma gələn yol bir az da qısaldılır. Üstündən bir az keçməmiş Pusiyada hakimiyyətin olimpinə yüksələn 1 Yekaterina da 1726-cı ilin fevralında erməniləri himayəyə götürür. Onların Türkiyə və İrandan İrəvana köçürülməsini təmin edir.

Bundan sonra Həmədanda doğulan, Hindistanda böyüyən, Böyük Britaniyada yaşayan erməni millətçisi İOSİF EMİN erməni dövləti yaradılması təklifilə öncə Vorontsova və Qalitsinə, sonra da Yelizavetaya müraciət edir. İosif Emin rus çarizminə Rusiya protektoratı kimi Qafqazda gürcü-erməni federativ dövlətinin yaradılmasını TƏKLİF EDİR. Mərhələ-mərhələ və ardıcıl şəkildə edilən belə müraciətlərin sayəsində nəhayət Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılır.  Və bu dövlətin yaranmasına sonradan 11 Yekaterina da öz xeyir-duasını verib…

Azərbaycan türklərindən dönmə MOVSES SƏFƏROB 1769-cu ildə, 1780-ci ildəsə Rusiya ermənisi HOVSEP ARUQUTYAN və HOVANES LAZARYAN Türkiyə və İran sərhədləri arasında erməni dövlətinin yaradılması zərurətiylə bağlı rus çarları ilə bir çox danışıqlar aparıblar.

Ancaq Yekaterinanın qəfil ölümü bu işi ləngidir. Buna baxmayaraq aparılan danışıqlar və verilən vədlər müqabilində 1 Pavel 1797-ci ildə 20000 nəfər İran ermənisini İrəvana yerləşdirib, onları öz təbəəliyinə alır.

Və beləliklə, erməni millətçiləri uğrunda çalışdıqları məkrli planın İKİNCİ MƏRHƏLƏSİnə qədəm qoyurlar – TÜRKLƏRİN DEPORTASİYASI MƏRHƏLƏSİnə…

On doqquzuncu əsrdə erməni milli hərəkatının çabaları onların Qərbi Azərbaycan torpaqlarında kompakt şəkildə məskunlaşmaları üçün bütün istiqamətlərdən bir nöqtəyə vurma prinsipi əsasında həyata keçirilirdi və istədiklərinə də nail oldular. 1828-1831-ci illərdə İrandan İrəvan xanlığına köçürülən ermənilərlə bağlı Qriboyedovun əsərlərində də kifayət qədər məlumat var. Ümumiyyətlə, deportasiya məsələsi ayrıca bir mövzunun söhbəti olduğu üçün hələlik buna toxunmuruq…

Əzəli Azərbaycan torpaqlarında tam şəkildə möhkəmləndikdən sonra ermənilər türklərin deportasiyası üçün zəmin hazırlamağa başladılar. Ancaq geostrateyi məkanda baş verən proseslər onların bu niyyətlərini bir az arxa plana keçirdi. Daha doğrusu, ermənilərin sonrakı mərhələ üçün nəzərdə tutduqları məkrli planlar ertələndi. “Hədəf”ə doğru gedən yolda terror hərəkatından yararlanmağı əsas vasitə kimi qarşıya məqsəd qoyan “Daşnaksütun” və “Asala” iyirminci əsrin başlanğıcındakı tarixi şəraitdən tam gücü ilə yararlana bildilər. Rus çarizminin süquta uğraması bolşevik komufulyayı altında gizlənən erməni millətçiləri üçün göydəndüşmə oldu. “Rus işi” kimi xarakterizə edilən bölgələrin “sovetizə edilməsi” qatı terrorçular üçün əvəzedilməs bir şans idi. Və bu şansdan ermənilər necə lazımdı yararlanıblar.

O zaman bolşevik təşkilatı kimi Bakıda fəaliyyət göstərən Hərbi İnqilab Komitəsinin rəhbəri qatı erməni millətçisi STEPAN ŞAUMYAN idi. Nə acı həqiqət ki, bu “müharibə”yə zəmin o zamankı Bakı Hərbi İnqilab Komitəsində hazırlanırdı. Və bu Komitənin 4 üzvündən biri də doktor NƏRİMAN NƏRİMANOV olub. Zamanın kontektstindən çıxış edəndə təklikdə qalan Nərimanovu ittiham etmək o qədər də asan deyil. Ancaq fakt budur ki, Nərimanov səhv etdiyini, aldadıldığını özü də təsdiqləyir. 1919-cu ildə yazdığı “Biz Qafqaza hansı şüarla gedirik?” məqaləsində Nəriman Nərimanov öz səhvini etiraf edir və “vətəndaş müharibəsi” adı altında əslində Bakıda və digər bölgələrdə erməni birləşmələri tərəfindən Azərbaycan türklərinin soyqırımının hıyata keçirildiyini təsdiqləyir..  Qətliamın səviyyəsi hədsiz böyük olduğundan Şaumyanın özü də bunu gizləyə bilmir və Moskvaya göndərdiyi 1918-ci il 13 aprel tarixli məktubunda bunu etiraf etmək məcburiyyətində qalıb: ”…Əvvəlcədən sövdələşmə əsasında bolşevik-erməni koalisiyası həlledici döyüşlərə hər cür hazırlıq görmüşdü. Milli hisslərin (daşnaklar nəzərdə tutulur-müəllif) iştirakı vətəndaş müharibəsinə milli QIRĞIN XARAKTERİ( seçmə mənimdir –müəllif) vermişdir. Buna YOL VERMƏMƏK MÜMKÜN DEYİLdir.  BİZ BİLƏRƏKDƏN BUNA YOL VERDİK (seçmə mənimdir-müəllif).”…

O zaman Şaumyan 17 yaşlı ermənilərdən “Qırmızı ordu” təşkil edib hər ay onlara Azərbaycan büdcəsindəm 200 manat məvacib verirdi. Orduya rəhbərliyi də KORQANYAN(Korqanov) və AVAKYAN edirdi. Həmin bu ordu ilə ermənilər mart qırğınları zamanı “Şamaxıda 40 min, Bakıda 18 min, Qubada 30 min insanı qətlə yetirdilər”. Naxçıvanda, Xaçmazda, Hacıqabulda, Lənkəranda, Salyanda, Gəncədə, Göyçayda, Qarabağda, Zəngəzurda kəndlər yerlə yeksan olundu, bütün əhali qan çanağında boğuldu. Öz şiddətinə görə mart qırğınları ayın 28-31 arası və aprelin 1-də əvvəlkilərdən daha aqressiv olub.

Quzey Azərbaycanla kifayətlənməyən ermənilər Güney Azərbaycanda da 150 mindən artıq soydaşımızı qətlə yetiriblər. TAYQULAQ ANDRONİK OZANYANın qəddarlığısa soyqırımın törədilməsində daha çox olub. Türk Paşası tərəfindən kəsilən qulağının heyfini Andronik indi Azərbaycan türklərindən alırdı. 1914-cü ildə “Daşnaksütun” partiyası rus ordusunun tərkibində 4 böyük silahlı qruplaşma təşkil etmişdi ki, məhz onların təzyiqi altında Şərqi Anadolunun Qars, Ərdəhan, Ərzurum və digər bölgələrindən 200 mindən artıq azəri türkü, bütövlükdəsə bir milyondan artıq soydaşımız öz dədə-baba yurdundan didərgin salınıb…

”Azərbaycan” qəzetinin 31 mart 1919-cu il 147-ci nömrəsində ÜZEYİR HACIBƏYLİ yazırdı: “Osmanlı türk qəhrəmanları vaxtında gəlməsəydilər, ümumazərbaycanda daş daşın üstündə qalmayacaqdı. Rus bolşevizmi araya bir “qraydanski voyna” salıb, çaylarca qanlar axıtdı”. M.C.ORDUBADİnin “Qanlı illər” əsərində də həmin soyqırım faktı bütün gerçəkliyilə qələmə alınıb…

ADR dövründə 31 mart tarixi Milli Matəm Günü kimi qeyd edildi.  Cümhuriyyətimizin xarici işlər naziri olmuş M. HACINSKİnin təklifi və ƏLƏKBƏR BƏY XASMƏMMƏDOVun sədrliyilə Fövqəladə İstintaq Komissiyası yaradılır və soyqırım faktı ilə bağlı bütün dəlil-sübutları toplamağa başlayırlar. Ancaq nə yazıq ki, törədilən cinayətin araşdırılması cümhuriyyətin süqutu ilə yarımçıq qaldı…

Sonrakı dövrlərdə mühacir həyatı yaşayan Azərbaycan Demokratik Cümhuriyyətinin banisi MƏMMƏD ƏMİN RƏSULZADƏ Almaniyada dərc etdirdiyi “İstiqlal” qəzetinin 1933-cü il 1 aprel tarixli nömrəsindəki məqaləsində yazırdı: “…Əlində Leninlə Stalinin 13 nömrəli Dekreti olan Şaumyan “Böyük Hayıstan” müqabilində ” “sovetizə” adı altında türkləri kəsirdi. GÜNÜN “QƏHRƏMANLARI” Şaumyan, Avakyan, Arakelyan, Amazasp, Lalayan, Saakyan, Əmiryan, Ter-Mikaelyan və başqaları idi…”

Bütün bunlar erməni millətçilərinin törətdikləri soyqırımın cüzi bir hissəsinin dilə gətirilməsidir. Soyqırıma məruz qalan türklər olsa da, ancaq dünya çapında ermənilərin təbliğat maşını özlərini “yazıq millət”  kimi qələmə verib, “qətliamlarla üzləşdikləri”ni beynəlxalq nadürüstlərə sübut etməyə çalışır. Əvvəllərdə olduğu kimi indi də onları himayə edən qüvvələr demokratiya, özgürlük pərdəsi altında baş verənləri bizlərə unutdurmağa çalışırlar…

“Qabusnamə” müəllifinin də dediyi kimi ermənilər “işlərini bilən” olsalar da, həm də öz “bədfellikləri”ndən əl çəkən deyillər. Elə buna görə də Azərbaycan türkü olaraq onlarla qalib dilində danışmalıyıq. Təsadüfi deyil ki, Türkiyə Respublikasının səkkizinci prezidenti olmuş rəhmətlik TURQUT ÖZAL 1993-cü ildə gerçəkləşdirdiyi Orta Asiya səfərindən öncə belə demişdi: “Ermənilərlə danışıq aparmağın heç bir əhəmiyyəti qalmayıb. Çünki onların niyyəti təkcə Qarabağı tutmaq deyil, ”Böyük Ermənistan” yaratmaqdır.” Ancaq biz hələ də xoş bir ümidlə ətrafımızda hürüşən Küçə İtlərindən nəyisə gözləyirik. Bu gün dünyanın 170-dən çox ölkəsində Azərbaycanın mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Görən onlar nə ilə məşğuldurlar?…

Yeri gəlmişkən, xatırlatmaq yerinə düşər ki, o zaman Sovetlər İttifaqından ayrılan türk cümhuriyyətlərinə səfəri çərçivəsində “iyirmi birinci əsr türk əsri olacaq” deyən Turqut Özal Azərbaycanı da ziyarət etmişdi. 1993-cü il 17 apreldə Turqut Özalın ölümü doğrudan da, tarixin axarını dəyişdi və türkçülüyə olan hücum daha aqressiv və daha intensiv şəkil aldı. Tarix yenə də DƏRDLƏRİMİZin üzərindən boylanıb bizə qəhqəhə çəkməyə başladı. Kimisi bu qəhqəyəyə çəpik, kimisə də tətiklə cavab verdi….

Xatırlatma: 26 mart 1998-ci ildə mərhum prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamış və bunu yad etmək məqsədilə 31 martı “Azərbaycanlıların SOYQIRIMI Günü” kimi qeyd olunmasını bəyan etmişdir.

İGİD TEYMURLU

mersin escort
mersin escort escort mersin