Qubaya qar yağdı

Martın 30-u axşam saatlarından başlayaraq şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Milletinsesi.az-a verilən məlumata görə, Qubanın Qırız və Xınalıq kəndlərinə, o cümlədən Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində qar müşahidə olunub.

Qrız kəndində qarın hündürlüyü 10 santimetrə, Xınalıqda isə 2 santimetrə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək aşağı enib.

 

Share: