Məkkə və Mədinədə komendant saatı elan olundu

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraqSəudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərindəkomendant saatı elan edilib.

TASS bildirir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilirki, cümə axşamı günündən etibarən tətbiq olunan komendant saatında şəhər sakinlərinə yalnız səhər saat 6:00-dan günorta 15:00-dək ərzaq və dərman almaq üçün küçəyə çıxmaqicazəsi veriləcək. Həmçinin insanlara yaşadıqları evlərdən çıxmamaq barədə ciddi xəbərdarlıq edilib.

Müsəlmanların bu iki müqəddəs şəhərində ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün iaşə obyektləri fəaliyyətini dayandırıb./oxu.az

Share: