Çində matəm elan edildi

Çində aprelin 4-ü yeni koronovirus pandemiyası nəticəsində ölənlər və insanların həyatını xilas etmək üçün virusun qurbanı olan həkimlər ilə əlaqədar ümummilli matəm günü elan edilməsi barədə qərar qəbul edib.

Milletinsesi.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu qərarı ölkənin Dövlət Şurası qəbul edib.

Şənbə günü ölkədə, eləcə də xarici diplomatik missiyaların ərazilərində bütün bayraqlar endiriləcək. Bütün şən ictimai tədbirlər ləğv edilir. Koronavirusdan ölənlərin xatirəsi üç dəqiqəlik sükutla yad olunacaq.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Çində koronavirusa yoluxanların sayı 81,5 mini, ölənlərin sayı isə 3,3 mini ötüb.

Share: