ABŞ-ın Pitsburq Universitetinin Tibb Fakültəsinin apardığı araşdırmalar nəticəsində, koronavirusa qarşı mübarizə aparan və yetərli sayda antikor istehsal edən peyvənd hazırlanıb.
Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “EBioMedicine” Tibbi jurnalında yayımlanan məqalədə məlumat verilib.
Məqalədə bildirilir ki, ilkin mərhəldə siçanlar üzərində aparılan peyvənd sınaqları uğurla nəticələnib.
Mütəxəssislər bir iynə əvəzinə 400 mikro iynədən ibarət olan kiçik yara bandı şəklində bir peyvənd hazırladıqlarını açıqlayıb.
Peyvəndin insanlar üzərində sınaqlarına keçmək üçün ABŞ Qida və Dərman İdarəsinə müraciət prosesinin başladıldığı bildirilib.