AFFA Sənan Qurbanovla bağlı qərarı açıqladı

AFFA Sənan Qurbanovla bağlı qərarı açıqladı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Milletinsesi.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, İK Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:

“Qarabağ” – “Qəbələ” matçında qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Qarşılaşmanın 75-ci dəqiqəsində “Qəbələ”nın baş məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Xatırladaq ki, sözügedən matçda “Qarabağ”ın futbolçusu Miçel Markos Madera aqressiv davranışı səbəbindən 4 oyunluq cəzalanıb.

Share: