BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , May 27 2020
Son xəbərlər
Ana səhifə / Dünya / Koronavirusun təcili müalicəsinin vacibliyi təsdiqləndi

Koronavirusun təcili müalicəsinin vacibliyi təsdiqləndi


Çin radioloqları koronavirus infeksiyasının təcili müalicəyə ehtiyac olduğunu sübut ediblər.

Bu barədə “American Journal of Roentgenology” jurnalında araşdırma dərc olunub.

Tədqiqat Çinin Vuhu şəhərində İkinci Xalq xəstəxanasının həkimi Huoquan Huanq tərəfindən aparılıb.

Koronavirus diaqnozunun qoyulması və xəstəliyin müalicəsinin başlaması arasındakı vaxtın xəstələrin sağalma müddəti ilə əlaqəli olduğu aşkar edilib. Kompüter tomoqrafiyasından (KT) istifadə edən yoluxmuş xəstələr üzərində aparılan araşdırmalardan sonra bu nəticəyə gəlinib.

Doktor Huanq və həmkarları koronavirusa yoluxan 25 xəstəni iki qrupa bölüblər.

Birinci qrupa diaqnozla müalicənin başlaması arasındakı vaxt üç gündən az olan insanlar, ikinci qrupa bütün digər xəstələr daxil olub.

Ardıcıl KT müayinəsi sağalma prosesini müşahidə etməyə imkan verib.

Müalicəsi dərhal başlayan xəstələrin daha müsbət nəticələri olduğu və xəstəxanaya daxil olduqdan təxminən altı gün sonra sağaldıqları ortaya çıxıb. Müalicəsi gec başlayanlarisə orta hesabla 13 günə sağalıb.

Huanq müasir tibbin vaxtında müdaxiləsinin xəstəliyin riskli nəticəsini azaltdığı qənaətinə gəlib./oxu.az

mersin escort
mersin escort escort mersin