Ekvadorda qəbiristanlıqda yer qalmadı, koronavirusdan ölənlərin cəsədləri evlərinin önünə qoyuldu – VİDEO

Ekvadorda polis koronavirusdan ölənlərin cəsədlərini evlərinin qarşısına qoymağa başlayıb.

“HaberGlobal” məlumat verir ki, ölkədə səhiyyə sisteminin çökməsi və yetərli infrastrukturun olmaması səbəbindən cəsədlər küçələrdə qalır.

Ekvadorun qərbində yerləşən Quayakil şəhərində qəbiristanlıqda yer tapılmadığı üçün polislər meyitləri evlərinqarşısına qoyurlar.

Ekvador prezidenti Lenin Moreno rəsmi məlumatların təhrif olunduğunu etiraf edərək, 2500 nəfərin koronavirusdan öldüyünü açıqlayıb.

Qeyd edək ki,rəsmi məlumatlarda Ekvadorda koronavirusa yoluxanların sayının 3368, ölənlərin isə 145 nəfər təşkil etdiyi bildirilib.

oxu.az
Share: