ABŞ-da beş körpədə koronavirus aşkarlanıb.
“HaberGlobal” məlumat verir ki, onların ən kiçiyi biraylıqdır.
Bu barədə açıqlama verən Merilend ştatının qubernatoru Lari Hoqan deyib ki, bu xəstəlikdə seçim yoxdur, heç kim toxunulmaz deyil.
O, daha əvvəl verdiyi açıqlamasında Merilend və Virciniya da daxil olmaqla, paytaxt Vaşinqtonun koronavirusun yeni mərkəzi olacağını bildirmişdi.