Gürcüstanda koronavirusdan ilk ölüm halı qeydə alınıb.
Milletinsesi.az xəbər verir ki, bunu Tiflisdəki klinikalardan birinin həkimi Levan Ratiani jurnalistlərə açıqlamasında deyib.
Ölən 79 yaşlı Marneuli sakini olan qadındır. Qadının xəstəxanaya martın 31-də yerləşdirildiyi bildirilib.
Report isə ölən şəxsin Bolnisi rayonunun Kəpənəkçi kənd sakini olan azərbaycanlı qadın olduğunu yazıb.