Lerikdə ağac kəsən şəxslər cəzalandı

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik meşəbəyliyində ağac kəsən şəxslər saxlanılıb.

Milletinsesi.az xəbər verir ki, araşdırma zamanı qanun pozucularının Lerik rayon sakinləri Salman Həşimov və Əflatun Almasov olduğu müəyyən edilib.

Regional Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Rafael Tahirov açıqlamasında Salman Həşimovun əvvəllər də meşədə qanunsuz ağac kəsdiyinə görə cərimə olunduğunu və barəsində toplanmış materialların hüquq-mühafizə orqanlarına göndərildiyini deyib.

“Əflatun Almasov isə əvvəllər meşə gözətçisi işləyib. Əmək funksiyasını yerinə yetirmədiyi üçün 2018-ci ildə işdən azad olunub.

Ağac kəsənlər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Lerik rayon Prokurorluğuna göndərilib”, – Tahirov bildirib.

 

Share: